Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Cinayətkar ABŞ-nin prezidenti Donald Tramp Oklahomaya seçki kampaniyası səfəri zamanı ölkədə yanacaq qiymətlərinin artmasını müdafiə edərək, amerikalıların İranla müharibənin xərclərini çəkməli olduqlarını bildirib.
Bambılı amerikalı seçicilərə bunu belə açıqlayıb ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almağın xərc və dəyəri vardır və bu bahalaşma da bu işin xərcləridir.
Tramp Respublikaçı namizədləri dəstəkləyən çıxışında ABŞ-də yanacaq qiymətlərinin artmasını daha sonra belə əsaslandırmağa çalışdı: "Siz bədəl ödəyirsiniz; amma bu bədəl baş verə biləcəklərlə müqayisədə çox azdır. Tutaq ki, İran Alabama ştatının Mobil şəhərində nüvə silahından istifadə edir!"
Tramp daha sonra mininci dəfə söz verdi ki, İran müharibəsinin bitməsi qlobal neft qiymətlərini aşağı salacaq...
Qeyd edək ki, ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına görə, ABŞ-də dizel yanacağının orta qiyməti 23 fevralda 3,81 dollar idi. Bu artıq 28 sentyabrda 6,38 dollara yüksəlib. ABŞ və İsrail İrana hücum etməzdən əvvəl Hörmüz boğazından keçən kommersiya nəqliyyatı normal işləyirdi və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin çoxsaylı hesabatlarına görə, İranın nüvə silahı əldə etməyə çalışdığına dair heç bir əlamət yox idi.
Sizin rəyiniz