Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: "Ən-Nücəba" hərəkatının rəhbərliyindəki resurs Əl-Əxbar xəbər agentliyinə verdiyi müsahibəsində bildirib ki, Koordinasiya Çərçivəsi (Əl-Ətər əl-tənsiqi) tərəfindən yaradılan "Dördlük Komitəsi"nin qruplarla görüşləri yekun həll yoluna gətirib çıxarmayıb və bu komitənin hökumətə təqdim etdiyi sənəddə bu hərəkatın tərksilah edilməsini bildirən aydın mətn yoxdur.
Müqavimət qrupları "vətənin maraqlarına, təhlükəsizliyinə və qorunmasına xidmət edən şərtlər irəli sürüblər. Bu arada, Amerika qüvvələrinin geri çəkilməsi bu işin sonu demək deyil, çünki İraqın maliyyə aktivləri və iqtisadi və siyasi qərar qəbuletmə də daxil olmaqla, digər hallarda Amerikanın ölkəmiz üzərində təsiri davam edir".
Hərbi resurs bildirib: Digər qrupların silah təhvil verməsi onların öz işidir, lakin "Ən-Nücəba" müqavimət layihəsindən geri çəkilməyəcək. Çünki tərksilah tələbi Amerika təzyiqi və daha geniş regional işlər ilə bağlıdır."
Ən-Nücəba və Kətaib Hizbullahın bəyanatları
Ən-Nücəba Amerika qüvvələrinin geri çəkilməsindən sonra bu bəyanatla mövqeyini sərgiləyib; bəyanatda Amerikanın İraqdakı mövcudluğunun, istər hərbi məsləhətçilər, istərsə də təhlükəsizlik şirkətləri şəklində davam etdirilməsi tam rədd edilir və Amerikanın İraqın iqtisadiyyatı, siyasəti və hava məkanı üzərində dominantlığına son qoyulması vurğulanır.
"Kətaib Hizbullah" da bununla bağlı mesaj yayımlayıb və təşkilatın baş katibi Əbu Hüseyn Əl-Həmidavinin hökumətlə danışıqların hələlik yekun nəticəyə gəlmədiyini və yeni bir razılaşma tələb etdiyini bildirib.
O, hökumətin hava hücumundan müdafiə sistemləri tamamlanana qədər "düşmən uçuşları" hədəf almaq istisna olmaqla, hərbi əməliyyatlarını dayandırdığını açıqlayıb və Müqavimətin hökumət qurumları ilə birlikdə mövcudluğunun davam edəcəyinə inandığını vurğulayıb.
Sizin rəyiniz