İSLAMAFOB SİYASƏTLƏRİN DAVAMINDA
Əliyevlər sülalə rejimində Hicablı qızların məktəblərə girməsinin qarşısı alındı \ Video
Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Sumqayıtda Hacı Zeynalabidin Tağıyev qəsəbəsindəki 6 № məktəbdə çəkilmiş videoda bir neçə qız şagirdin hicablı şəkildə məktəbdən çıxdığı və ağladığı göstərilir. Azərbaycan mediası xəbər verir ki, şagirdlər hicablı olduqları üçün onların dərslərdə iştirak etmələrinə müdiriyyət tərəfindən icazə verilməyib. Video Azərbaycan Nazirlər Kabinetinin məktəbli geyimləri ilə bağlı qaydalara dəyişiklik etməsindən bir həftə sonra yayımlanıb. Əliyevlər sülalə rejiminin Nazirlər Kabineti tərəfindən 21 sentyabrda qəbul edilmiş 309-cu qərara əsasən, şagirdlərə müəyyən edilmiş məktəbli formasının bütövlüyünü pozan və ya dövlət təhsilində dünyəvilik prinsipinə uyğun olmayan geyimlər geyinməyə icazə verilmir!
Sizin rəyiniz