İraqın "Hüquqi dövlət" ittifaqı ilə "İraq Milli İttifaqı"nın birləşmə qərarından sonra bəzi anlaşılmamazlıqlar yaranıb.İslam-Azeri.az internet qəzetinin İraq mətbuatına istinadən verdiyi xəbərə görə, Nuri Əl Maliki və Əmmar Əl Həkimin görüşündən sonra hər iki tərəf bu anlaşılmamazlığı aradan qaldırılmasının vacibliyini önə çəkib.Hər iki ittifaqın təmsilçisi bu fərqli fikirlərin aradan qaldırılması üçün İraqın ən böyük Mərcei Təqlid müctehidi olan Ayətullah Seyyid Sistaniyə müraciət ediblər.İki ittifaqa görə bu anlaşılmamazlığı aradan qaldırmaq üçün son sözü Ayətullah Sistani deməlidir.                                                   Qeyd edək ki, "Hüquqi dövlət" ittifaqı baş nazirin Nuri Əl Maliki olmasını israr etsədə, son danışıqdan sonra Neft naziri Huseyn Şəhristanini baş nazir kimi təqdim edəcəklərini önə çəkiblər.

İslam-Azeri.az