Fatiməyi-Zəhra (s.ə.)" məscidinin sökülməsinə etiraz olaraq Lənkəran dindarlarının etiraz səslərini ucaltmaları haqda məlumat vermişdik.Yevlax dindarları adınadan "Deyerler.org"-a daxil olan bəyanatda həmçinin bildirilir: "Ali Məhkəmənin “Fatiməyi-Zəhra (s.ə.)” məscidi haqda çıxardığı qərar Azərbaycanda və Azərbaycan hüdudlarından kənarda yaşayan bütün müsəlman və inanclı insanları narahat edən, məsələylə bağlı narazılıq və etirazlarına səbəb olan bu xəbər Yevlax dindarlarının narahatlığına səbəb olmuşdur. Biz Yevlax şəhər "Cümə Məscidi" dini icmasının üzvləri və Yevlax inanclıları adından bu çıxarılan qərarı pisləyir, bunu ALLAHA, İslama, müsəlmalara və eyni zamanda dövlətimizə qarşı təhqir, hörmətsizlik kimi qiymətləndiririk. Bu ədalətsizlik və çox böyük səfdir bu çür ədalətsiz qərara etiraz bildirmək hər Azərbaycanlı və müsəlmanın borcudur. Biz ən azından ona görə etiraz etməliyik ki, söyülən, təhqir olunan, qınanan insanlardan olmayaq. çünki Hz.Əli (ə) “Nəhcül Bəlağə”də zülümlə, ədalətsizliklə barışanlara, onlara etiraz etməyənlərə “EY QULAĞI OLAN KARLAR ! EY GÖZÜ OLAN KORLAR ! EY DİLİ OLAN LALLAR!”, deyə müraciyət edir. Allah bir qövmə bəla göndərməməsindən öncə onları imtahana çəkir. Bu qərara qarşı etiraz etməmək, bu qəraraın ləğv olmaması ayənin nazil olma səbəbidir!!!"
17 iyul 2010 - 19:30
Xəbər kodu: 186612
“Fatiməyi-Zəhra (s.ə.)” məscidi haqda çıxardığı qərar Yevlax dindarlarının narahatlığına səbəb olmuşdur.