İşğal olunmuş müsəlman ölkələrində dinc sakinlərin qətli davam edir. İnterfax.ru xəbər verir ki, Əfqanıstanda “təhlükəsizliyi qoruyan” NATO hərbçiləri ötən gün cənubi əfqan əyaləti Zabulda üç qadını qətlə yetirib. Hadisə ilə bağlı yerli hakimiyyət orqanları informasiya verib. Hərbçilər Kabil-Qəndəhar yolunda hərəkət edən avtomobili atəşə tutublar. NATO komandanlığı hadisə ilə bağlı heç bir şərh verməyib.