Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran nümayəndəliyi “X” platformasında yaydığı açıqlamada bildirib ki, Tehran ABŞ və İsrailin hücumlarının qurbanlarının və sağ qalanlarının səsini beynəlxalq ictimaiyyətə çatdırmağı öz öhdəliyi hesab edir.
Açıqlamada vurğulanıb ki, BMT İnsan Hüquqları Şurasının silahlı münaqişələr zamanı insan hüquqları və beynəlxalq humanitar hüququn pozulmasını araşdırmaqla bağlı müəyyən edilmiş mandatı var.
İran tərəfi ölkə ərazisində mülki şəxslərə və infrastruktura qarşı həyata keçirildiyini bildirdiyi ayrı-seçkisiz və qəsdən hücumların da araşdırılmasını tələb edib.
Nümayəndəlik xüsusilə Minab və Lamird şəhərlərinə edilən hücumları qeyd edərək, bu hadisələrin açıq şəkildə müharibə cinayətləri kimi qiymətləndirilməli olduğunu bildirib.
Sizin rəyiniz