17 iyul 2010 - 19:30

Rusiyanın APN xəbər portalı, Türkiyənin Qars vilayətin tanıdaraq, şəhərdə çoxlu sayda rus arxitektura əsərlərinin olduğunu yazıb. Məqalədə xaricə tətilə gedən rus turistlərin mütləq Qarsa getmələri tövsiyə olunarkən, 1915-ci il hadisələri əsnasında ermənilərin Rusiya müsəlmanlarını qətl eyetirdiyi bildirilir.

 
 


 

FaktXeber.com-un məlumatına görə, Aleksandr Sivov imzalı, "Rus Qarsı: 90 il sonra" başlıqlı yazıda, Qarsın Rusiya İmperatorluğuna necə keçdiyi və çar rəhbərliyinin "Xristian xalqlarını İslamdan xilas etmək" adı altında İstanbulu ələ keçərməyi planlaşdırdığı göstərilib.
Rus müxbir 1877-78-ci illərdə baş verən türk-rus müharibəsində Rusiyanın əlinə keçən Qarsın 1920-ci ilə qədər çarlıq və sonra da xələfi olan Sovet Rusiyasına aid oduğunu yazır. 30 oktyabr 1920-ci ildə Mustafa Kamal Atatürk Qarsın Türkiyəyə qaytarılması üçün bolşeviklərlə müqavilə imzaladığı yazılan məqalədə, "Rusiyada 1918-20-ci illərdə vətəndaş müharibəsi davam edirdi. Qars Sovet Rusiyasından qopmuşdu, şimalda düşmən Gürcüstan var idi. Atatürk liderliyindəki türk idarəçilər, Antantaya (Qərbdəki imperialist güclər) qarşı yeni bir cəbhə açmaq və sonuna qədər döyüşəcəkləri mövzusunda and içir. Onlar, Sovet Rusiyasına istiqamətli hərbi təzyiqi azaltmaq üçün öz sözlərini tamamən tutdu. 1923-cü ildə Türkiyədə respublikanın qurulmasından sonra SSRİ cənub sərhədində Ankara kimi ən sadiq müttəfiqini tapdı. İkinci Dünya müharibəsi əsnasında Adolf Hitlerin güclü təzyiqinə baxmayaraq, Türkiyə Almaniyanın tərəfinə keçməyi rədd etdi və Qara Dənizdən faşist hərbi gəmilərinin keçməsinə icazə vermədi. Müharibədən sonra Sovet rəhbərliyi isə eynilə Yuqoslav, Albaniya və Çin kimi Türkiyə ilə əlaqələri pozmağı "bacardı"" - tənqidini səsləndirib.

Sivov, Qars və başqa bölgələrdə ermənilərin etdiyi qırğına da toxunub. Yazıda, "Osmanlı  İmperatorluğunda baş verən 1915-ci il erməni "soyqırımı"nın  intiqamını almaq üçün rus inqilabından sonra (1917) ermənilər Qars və başqa bölgələrdə yerli müsəlman vətəndaşlara qarşı soyqırım həyata keçirdi. Çünki bu insanlar iki nəsil Rusiya İmperatorluğu vətəndaşı idi" - deyilir.