Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu səhər təcavüzkar düşmənin son təcavüzünə cavab olaraq və İranın Lark adasında İslam İnqilabı Keşikçiləri Korpusunun cəsur şəhidlərinin və İslami İranın günahsız xalqının qisasını almaq üçün İran İslam Respublikası Ordusu Birləşmiş Ərəb Əmirliklərindəki "Əl-Mənhəd" terror bazasındakı uşaq qatili ABŞ ordusunun helikopterlərinin və qüvvələrinin yerləşdiyi əraziləri onlarla dağıdıcı dronlarla atəşinə tutub.
Əl-Mənhəd bazası xarici terrorçu qüvvələrin hava dəstəyi və hərəkəti üçün vacib mərkəzlərdən biridir.
Düşmənin Lark adasına son təcavüzünə toxunan İslami İran Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsi elan edib ki, İran İslam Respublikası Ordusu düşmənin qonşu bölgədən gələn təhdidi aradan qaldırılana qədər davamlı təhlükəsizliyi təmin etmək və İslami İranın ərazisini qorumaq üçün hazırlıqlıdır və Amerika terrorçu qüvvələrindən ölkəmizə qarşı tətbiq edilən müharibənin bütün şəhidlərinin qanının qisasını alacaqdır.
Sizin rəyiniz