Kirill Azərbaycanın “şərəfli”si oldu
HaqqYolu – Moskva və bütün rusiyanın patriarxı Kirill Bakıda üç günlük səfərdədir. Patriarx Bakıya dini liderlərin sammitində iştirak üçün gəlib. İTAR-TASS yazır ki, sammit 26-27 apreldə keçiriləcək. Patriarx jurnalistlərlə görüşdə “dünyada mənəvi dəyərlərin yerinin daraldığını” deyib. Ən əsası Kirill Bakıdan boş qayıtmayacaq. Azərbaycan prezidenti rus patriarxını şərəf ordeni ilə təltif edib.