10 iyul 2026 - 12:47
Source: IRNA
Milyonlarla insan şəhid Rəhbərin böyük oğlunun imaməti ilə cənazə namazı qıldı

Saat 22:00-da milyonlarla matəm iştirakçısı İmam Rzanın (ə) müqəddəs hərəmində və ətraf xiyabanlarda şəhid Rəhbərin böyük oğlu Ayətullah Seyid Mustafa Hüseyni Xameneinin imaməti ilə şəhid Rəhbərə cənazə namazı qılıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ötən gün, 9 iyul 2026tarixdə, İslam İnqilabının şəhid Rəhbərinin və şəhid ailə üzvlərinin müqəddəs nəşlərinin Məşhəd şəhərində, İmam Rza (ə) prospektində saat 15:00-da başlayan vida və dəfn mərasimi başa çatıb. Saat 22:00-da milyonlarla matəm iştirakçısı İmam Rzanın (ə) müqəddəs hərəmində və ətraf xiyabanlarda şəhid Rəhbərin böyük oğlu Ayətullah Seyid Mustafa Hüseyni Xameneinin imaməti ilə şəhid Rəhbərə cənazə namazı qılıb.

Şəhid Rəhbərin cənazə namazı onun böyük oğlu Ayətullah Seyid Mustafa Hüseyni Xamenei tərəfindən İmam Rzanın (ə) müqəddəs hərəminin Peyğəmbər-Əzəm (s) səhnəsində qılınıb. Televiziya görüntülərində namazın ilk sıralarında şəhid Rəhbərin digər oğulları və şəhid Rəhbərin dəftərxanasının rəhbəri Höccətül-İslam Məhəmmədi Qolpəyiqani də görünürdü.

Mərasimdə ölkənin və hərbi qurumların bir sıra yüksək vəzifəli şəxsləri, o cümlədən İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Məhkəmə sisteminin rəhbəri Möhsüni Ejei, Elm, Tədqiqat və Texnologiya naziri Hüseyn Simayi Sərraf, İran İslam Respublikasının banisinin nəvəsi Höccətül-İslam vəl-müslimin Seyid Həsən Xomeyni və digər rəsmilər İmam Rzanın (ə) müqəddəs hərəminə qatılıblar.

Sizin rəyiniz

You are replying to: .
captcha