Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Tehran və Vaşinqton arasında danışıqlarda irəliləyiş siqnallarına baxmayaraq, ABŞ hərbi gərginliyi artmaqda davam edir. Hörmüz boğazı və ətrafında ABŞ və İran arasında baş verən son toqquşmalar bölgədə təhlükəsizlik narahatlıqlarını artırıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran pilotsuz təyyarəsinin ABŞ qüvvələri tərəfindən vurulduğunu açıqladı. Eyni açıqlamada ABŞ qüvvələrinə potensial hücumların qarşısını almaq üçün İranın Goruk və Qeşm adalarındakı sahil müşahidə radar sistemlərinin də hədəf alındığı bildirildi. CENTCOM bu əməliyyatların görüntülərini yayımlayıb.
İranın Ballistik Raket Cavabı Gecikmədi
ABŞ-ın hücumlarının ardınca İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH ABŞ-ın hərbi təcavüzünə cavab olaraq Küveyt və Bəhreyndəki ABŞ hərbi obyektlərini ballistik raketlərlə hədəf aldı. SEPAH bu barədə verdiyi bəyanatında vurğuladı ki, ABŞ "təcavüzkar hərəkətlərini" davam etdirərsə, Hörmüz boğazı neft və təbii qaz ixracı üçün tamamilə bağlanacaq. Bəyanatda həmçinin ABŞ-ın yaranan qlobal nəticələrə görə birbaşa məsuliyyət daşıyacağı xüsusi vurğu ilə qeyd olundu.
Qlobal Enerji Təchizatı Riskdə
Ekspertlər Hörmüz boğazının potensial bağlanmasının dünyanın neft və təbii qaz tədarükünün təxminən dörddə birini kəsə biləcəyini təxmin edirlər. Bu ssenari təkcə regional deyil, həm də qlobal miqyasda enerji böhranına səbəb olacaqdır. İran Bab əl-Məndəb boğazı ilə bağlı təhdidi əvvəllər də səsləndirib və hər iki boğaz eyni vaxtda bağlanarsa, bu təsirin daha da artacağı qeyd olunur. Xüsusi ilə də Rusiya enerjisindən özünü məhrum etmiş Qərb dövlətləri üçün bu addım baha başa gələcək və Avropa bu ilki qış mövsumunda sözün əsil mənasında buzlaşmış dövrü sınaqdan keçirməli olacaq...
Sizin rəyiniz