22 aprel 2026 - 10:33
Source: IRNA
Bəqayi: BƏƏ-nin anti-İran iddiaları təcavüzkarlara verdiyi dəstəyə bəraət qazandıra bilməz

İsmayıl Bəqayi: "Bu cür əsassız iddiaların irəli sürülməsi və anti-İran mühitinin yaradılması, diqqəti düşmən Amerika və sionist rejimin İrana qarşı hərbi təcavüzündə onlara dəstək verənlərin birbaşa məsuliyyətindən yayındıra bilməz."

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü, çərşənbə axşamı 21 aprel tarixində jurnalistlərin suallarını cavablandırarkən Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) bir neçə nəfəri əsassız və saxta bəhanələrlə həbs etməsini pisləyib.

İsmayıl Bəqayi bu barədə qeyd edib: "Bu cür əsassız iddiaların irəli sürülməsi və anti-İran mühitinin yaradılması, diqqəti düşmən Amerika və sionist rejimin İrana qarşı hərbi təcavüzündə onlara dəstək verənlərin birbaşa məsuliyyətindən yayındıra bilməz."

Xarici İşlər Nazirliyinin sözçüsü bu növ məsuliyyəti başqasının üzərinə yıxma cəhdlərinin region ölkələri arasında etimadın bərpasına kömək etməyəcəyini vurğulayaraq, BƏƏ hökumətini insanların hüquqlarına və ləyaqətinə hörmət etməyə, qisasçı davranışlardan çəkinməyə və mehriban qonşuluq prinsipinə qayıtmağa çağırıb.

Sizin rəyiniz

You are replying to: .
captcha