24 mart 2026 - 16:24
İran ABŞ-ın İraq, Kuveyt və Ərəb Əmirliklərindəki hərbi və logestik bazalarına növbəti raket hücumu edib

Əl-Məyadin Agentliyinin məlumatına görə, İran bu gün ABŞ-ın məntəqə ölkələrindəki hərbi bazalarına hücumlarından əlavə işğalçı sionist rejimin qondarma paytaxtına və cənub bölgəsinə də hücum edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Yeni Raket Hücumlarında Qərbi Asiyanın İraq, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ-ın hərbi və logestik bazalarını müvəffəqiyyətlə hədəfə alıb.

Yerli mənbələrin bildirdiyinə görə, İraqın kürdlər yaşadığı Ərbil şəhərində davamı olaraq ardıcıl şəkildə partlayış səsləri eşidilib. Həmçinin paytaxt Bağdadda da ardıcıl sürətdə ağır partlayış səsləri eşidilibdir.

Kürdlərin “Pişmərgə” terror qruplaşmasının rəsmi resursları bildiriblər ki, təşkilatın yerləşdiyi mövqelər 6 balistik raketi ilə darmadağın edilib.

Əl-Məyadin Agentliyinin məlumatına görə, İran bu gün ABŞ-ın məntəqə ölkələrindəki hərbi bazalarına hücumlarından əlavə işğalçı sionist rejimin qondarma paytaxtına və cənub bölgəsinə də hücum edib.

Sizin rəyiniz

You are replying to: .
captcha