Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Təhlükəsizlik Naziri –ETTELAAT ölkənin Həmədan, Lorestan və Kerman ostanlarında 30 sionist casusunu kəşf edərək yaxaladığı barədə məlumat verib.
ETTELAATIN bu barədə verdiyi bəyanatında belə deyilib: “İmam Zaman (Əccələllahu Təala fərəcəhu şərif) həzrətlərinin tanınmaz əsgərləri ölkənin Həmədan, Lorestan və Kerman ostanlarında xalqın verdiyi məlumatlar, aparılan təhlükəsizlik tədbirləri və əməliyyatlar nəticəsində 30 ABŞ və sionist rejimə qulluq edən casus ünsürləri müəyyənləşdirərək həbs ediblər.
Yaxalananlardan 24 nəfəri Həmədan ostanında ələ keçirilərək, onların üzərindən xeyli sayda silah-sürsat və 11 ədəd yeni nəsil Starlinq internrt cihazı kəşf edilərərk zəbt edilib.
4 nəfəri isə, Lorestan ostanında yaxalanıblar. ABŞ v əsionist rejiminə casusluq edən bu dörd nəfərin əsas işi iğtişaşlar zamanı gəldikdə xiyabanlara çıxaraq insanları qətlə yetirmək və binaları yandırmaq olub. Eyni zamanda onlar iğtişaşlar zamanı çatana kimi proksi qüvvə olaraq digər casus qruplaşması üçün casusluq edirmişlər.
Daha iki nəfər isə, Kerman ostanında, ailə üzvlərindən istifadə edərək silah-sürsat tranfer edərkən həbs ediliblər. Onların üzərindən 7 ədəd tapanca və 10 ədəd mərmi qutusu aşkarlayaraq zəbt ediblər.”
Sizin rəyiniz