11 mart 2026 - 04:31
Azərbaycanlı Din tələbələrinin anti-ABŞ və anti-sionist yürüşündə Bəyanat oxundu

Azərbaycan Respublikasının Müqəddəs Qum şəhərində din təhsili alan tələbələr ailə üzvləri ilə birlikdə İmam Xamenei həzrətlərini şəhadətə yetirən ABŞ və sionist düşmən qüvvələrindən intiqam alınmasını tələb ediblər.

 Əhli-beyt (əleyhimus-səlam) Beynəlxaq Xəbər Agentliyi -ABNA: İmam Xamenei həzrətlərinin ABŞ və sionist düşmən qüvvələri tərəfindən məzlumcasına şəhadətə yetirilməsinin ardınca İran İslam Respublikasının Müqəddəs Qum şəhərinin Pərdisan rayonunda yaşayan Azərbaycan Respublikasının vətəndaşları anti-ABŞ və anti-sionist yürüş təşkil edərək, şəhid İmam Xamenei həzrətlərinin idealları ilə əhdlərini təzələyiblər.

Könüllü şəkildə həyata keçirilən yürüşdə Azərbaycanın din tələbələri və mühacirləri ailəvi şəkildə iştirak ediblər. Etiraz aksiyası iştirakçıları şəhid Haşimi Nejad Məscidindən hərəkət edərək Xatəmul-ənbiya Məscidinə doğru anti-ABŞ və anti-sionist şüarlar səsləndirərək hərəkət ediblər.
Xatəmul-ənbiya Məscidinin önündə toplaşan aksiya iştirakçıları üçün ilk öncə Vəliyyi Fəqihin ofisinin Azərbaycan Respublikası üzrə nümayəndəsi cənab Höccətül-islam vəl Müslimin Saivər nitq söyləyib. Daha sonra Hacı Adil və Hacı Ramiz çıxış edərək qatil rejimləri və onların Azərbaycan Respublikasındakı əlaltıları olan əliyevlər sülalə rejiminə səsləniblər.
Daha sonra Şeyx Nəsimi Lənkərani Azərbaycan din alimləri və mühacirləri tərəfindən hazırlanmış bəyanatı oxuyub.
Sonda Pərdisan rayonunun İmam Cüməsi Höccətül-İslam vəl-Müslimin Muhəqqiqiyan çıxış edərək Azərbaycan din alimlərinə və mühacirlərə İran xalqına göstərdikləri diqqətə görə dərin minnətdarlığını bildirib və tezliklə düşmənlərin qüdrətlərinin tükənəcəyini qeyd edib.Pərdisanda azərbaycanlı Din tələbələrinin anti-ABŞ və anti-sionist yürüşü 

Sizin rəyiniz

You are replying to: .
captcha