Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İvrit dilli media ABŞ və İsrailin birgə raket bazasında partlayış baş verdiyini və mərkəzi bölgələrdə təhlükəsizlik vəziyyətinin gərginləşdiyini xəbər verib.
Məlumatda bildirilir ki, eyni zamanda, Benyamin Netanyahu tərəfindən İranın hücumları ilə bağlı hər hansı məlumatın yayılmasına qadağa qoyub.
"Yediot Ahronot" qəzeti Tel-Əviv ətrafındakı "Elad" qəsəbəsi yaxınlığında yerləşən ABŞ və İsrailin birgə bazasında genişmiqyaslı və dəhşətli partlayışların baş verdiyini bildirib və hadisə yerinə xilasedici və təhlükəsizlik qüvvələrinin cəlb olunduğunu elan edib.
Bu qəzet həmçinin mərkəzi rayonlarda həyəcan siqnallarının geniş şəkildə işə düşdüyünü qeyd edərək, bu ərazilərin İran raketlərinin ardıcıl hücumlarına məruz qaldığını yazıb.
Sizin rəyiniz