Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu gün yerli vaxtla səhər 9:00 radələrində İran İslam Respublikasının Ordusuna məxsus bir ədəd helikopter İsfahanın Dərəçe qəsəbəsində meyvə-tərəvəz bazarının ərazisində qəzaya uğrayıb.
İsfahan Valiliyinin Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə Baş Direktoru Mənsur Şişforoş ISNA-ya verdiyi müsahibədə bildirib:
İran İslam Respublikası Ordusunun vertolyotu bu səhər, 5 İsfənd 1404 (24 fevral 2026) tarixində, texniki nasazlıq səbəbindən Dərçə şəhərinin meyvə-tərəvəz bazarı ərazisində uçarkən İsfahan bölgəsində qəzaya uğrayıb. Təəssüf ki, qəzada pilot və ikinci pilot şəhid olub, bir nəfər yaralanaraq xəstəxanaya aparılıb.
Xomeyni Şəhr Yanğından Mühafizə İdarəsinin baş direktoru Höccətullah Karqar isə bildirib: Bu şəhərin bir bölgəsində baş verən vertolyot qəzasında pilot, ikinci pilot və hadisə yerində bazarda dükanda işləyən 2 nəfər şəhid olub.
Sizin rəyiniz