Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbulğeyt ABŞ-nin işğal altındakı ərazilərdəki səfirinin İsrailin “Nil çayından Fərat çayına qədər” Yaxın Şərqə nəzarət haqqına malik olması ilə bağlı ekstremist bəyanatını qınayıb.
Baş katibin sözçüsü Cəmal Rəşdi bildirib ki, bu cür əsassız və ifrat xarakterli açıqlamalar dini və milli hissləri qızışdırır. O vurğulayıb ki, bu bəyanatlar ölkələrin “Sülh Şurası” çərçivəsində Qəzzada sülh razılaşmasının icra mexanizmlərini müzakirə etdiyi və ciddi sülh yolunun başlanması üçün imkan axtardığı bir vaxtda səsləndirilir.
Sizin rəyiniz