Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Ordusunun baş komandanı bildirib ki, bu gün İranın silahlı qüvvələri tam müdafiə və hərbi hazırlıq vəziyyətindədir, düşmənin bölgədəki hərəkətləri dəqiq şəkildə izlənilir və barmağımız tətikdədir. Əgər düşmən səhvə yol verərsə, şübhəsiz ki, öz təhlükəsizliyini, regionun təhlükəsizliyini və sionist rejimin təhlükəsizliyini ciddi risk altına salacaq.
Baş komandan, general-mayor Əmir Hatəmi şənbə günü, 31 yanvar 2026-cı il tarixində deyib: İran İslam Respublikasının nüvə elmi və texnologiyasını məhv etmək mümkün deyil; hətta bu millətin alimləri və övladları şəhid edilsə belə. Gənclər, alimlər, universitetlər və elmi, bilikəsaslı mərkəzlər mövcud olduqca, elm və texnologiya da mövcud olacaq.
O vurğulayıb ki, bu gün istər raket gücü, istər hava hücumundan müdafiə imkanları, istərsə də digər müdafiə potensialı, 12 günlük məcburi müharibədən əvvəlki dövrlə müqayisədə daha üstün və yüksək səviyyədədir. Bu imkanlar keyfiyyət baxımından da daha yaxşıdır, çünki bu müharibə zamanı unikal bir təcrübə və anlayış əldə olunub.
Ordunun baş komandanı əlavə edib ki, düşmən son 50 il ərzində İran xalqına qarşı müxtəlif planlar hazırladığı kimi, bundan sonra da dayanmayacaq. Yeganə yol düşməni məyus etməkdir; yəni ona hər hansı təcavüzün sərt cavab və ciddi zərər ilə qarşılanacağını anlatmaq. Bunun üçün isə birlik, həmrəylik, qarşılıqlı anlaşma və əməkdaşlıq zəruridir.
Əmir Hatəmi qeyd edib ki, düşmənin əsas niyyəti İranın parçalanmasıdır. O xatırladıb ki, son 200 ilin tarixi göstərir: hakim sistem zəif olduqda ölkələr parçalanıb. Lakin İran İslam Respublikası səkkiz illik məcburi müharibəyə baxmayaraq, bu ölkənin torpağından bir qarış belə ayrılmasına imkan verməyib. Düşmən məhz bu reallığa görə qəzəblidir, çünki bilir ki, İslam Respublikası İranın parçalanmasına qarşı ən böyük maneədir.
Sizin rəyiniz