Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Hörmətli Prezidenti bildirib ki, ölkənin bütün rəsmiləri və məmurları öz davranışlarını İslam İnqilabının böyük banisi İmam Xomeyninin (rizvanullahi təala əleyh) göstərişləri və tövsiyələri ilə uyğunlaşdırmalı və müqayisə etməlidirlər.
O əlavə edib: "Cəmiyyətin bugünkü problemləri ondan irəli gəlir ki, biz İmamın tövsiyələrinə düzgün əməl etmədik və xalqı görmədik (insanların istəklərinə biganə qaldıq)."
Prezidentin hökumət heyətinin İmam Xomeyninin (rizvanullahi təala əleyh) idealları ilə beyətini təzələmə mərasimindəki çıxışından bir hissə:
"Bu hadisələrdə, təəssüf ki, həm Tramp, həm Netanyahu, həm də avropalılar təhrik etməyə, təfriqə salmağa çalışdılar; silahlandırdılar və bir qrup günahsız insanı bu axına qoşdular. Onları küçələrə çıxardılar və bu məmləkəti parça-parça etmək, insanlar arasında dava və nifrət yaratmaq istədilər. Heç bir adi sosial etirazda ələ silah almazlar, hərbçiləri öldürməzlər, təcili yardım maşınını və bazarı yandırmazlar. Etirazçılarımız var, bizim vəzifəmizdir ki, oturaq, onların sözlərini və narahatlıqlarını dinləyək; biz onları həll etməyə borcluyuq və dinləməyə, onlarla oturub problemləri həll etməyə hazırıq. Lakin hamı bilir ki, məsələ yalnız sosial etiraz deyildi. Problemlərimizdən istifadə etdilər, təhrik etdilər və cəmiyyəti parçalamağa çalışdılar. Rəhbərliyin hüzuru və baxışları bu fitnələri hər zaman zərərsizləşdirib və yenə də zərərsizləşdirəcəkdir. Amma bu, bizim bu sistemin məsul şəxsləri və xalqın xidmətçiləri olaraq, öz davranış və rəftarımıza yenidən baxmağımıza maneə olmamalıdır.”
Sizin rəyiniz