Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ immiqrasiya polisinin bir Amerika vətəndaşını vəhşicəsinə qətlə yetirdikdən sosial şəbəkələrdə 2026-cı il Dünya Çempionatına qarşı geniş boykot dalğası başladılıb.
Dünya Çempionatına cəmi dörd ay qalıb, lakin immiqrasiya məmurları küçələrdə insanları zorla atəşə tutub öldürürlər! - bu, şotlandiyalı sosial şəbəkə istifadəçisi "DIGB"-nin bir amerikalı tibb qardaşının ABŞ immiqrasiya polisi tərəfindən vəhşicəsinə öldürülməsinə verdiyi reaksiyadır.
Bu Amerika vətəndaşının öldürülməsindən sonra "X" platformasında Dünya Çempionatını boykot kampaniyası başlayıb. Sosial şəbəkə fəallarının məlumatına görə, indiyədək 16 mindən çox insan çempionatda iştirak üçün aldıqları biletləri ləğv edib.

Qeyd edək ki, 37 yaşlı amerikalı tibb qardaşı (ailəsinin verdiyi məlumata görə) Aleks Pretti (Alex Pretty) Minneapolis şəhərində ABŞ immiqrasiya polisi tərəfindən vəhşicəsinə güllələnərək öldürülüb.
Amerika vətəndaşının qətl anını əks etdirən video görüntülər göstərir ki, həmin şəxs telefonu ilə çəkiliş aparırmış və bir neçə məmur tərəfindən mühasirəyə alınmış bir qadını müdafiə etmək üçün müdaxilə edib. Lakin Tramp və ABŞ hökuməti həmin şəxsin silahlı olduğunu və polisin özünü müdafiə məqsədilə atəş açdığını iddia edir.
Sizin rəyiniz