17 yanvar 2026 - 19:37
Source: IRNA
İmam Xamenei həzrətləri: Amerikanın hədəfi İranı udmaqdır – İran xalqı Amerikanın fitnəsinin belini qırdı

İmam Xamenei həzrətləri: Amerikanın hədəfi İranı udmaqdır – İran xalqı Amerikanın fitnəsinin belini qırdı

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabının Ali Rəhbəri Həzrət Məhəmməd (s) peyğəmbərin Məbəs (peyğəmbərliyə seçilməsi) bayamı münasibətilə xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüşdə dedi: Biz itkilər, ziyanlar və İran xalqına atdığı böhtana görə Amerika prezidentini cinayətkar sayırıq.

Bu gün, şənbə (17 yanvar) xalqın müxtəlif təbəqələrindən olan insanlar Həzrət Məhəmməd (s) peyğəmbərin Məbəs bayamı münasibətilə İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.

İRNA Xəbər Agentliyi tərəfindən tərcümə edilən İslam İnqilabı Rəhbərinin çıxışının mətni

Həzrət Ayətullah Xamenei bəşər tarixinin ən mühüm bayramı olan İslamın əzəmətli Məbəs (Peyğəmbərin peyğəmbərliyə seçilməsini) bayramını İran xalqına, İslam ümmətinə və dünyanın bütün azadlıq tərəfdarlarına təbrik dedi. O, Məbəs gününü Quranın nazil olması, bəşəriyyətin İlahi proqram olan “kamil insan tərbiyəsi” agahlığı, İslam svilizasiyasının başlanğıcı və ədalət, qardaşlıq və bərabərlik bayrağının ucaldılması günü hesab etdi və dedi: Əlbəttə Məbəsin fəzilətlərini dərk etmək bizim kimilərin ağlına sığmaz və bunu möminlərin əmiri İmam Əlinin (ə) bəyanına və “Nəhcül-bəlağə” kitabını mütaliə etməklə dərk etmək olar.

İslam İnqilabının Rəhbəri söhbətinin ikinci hissəsində son fitnəyə işarə edərək dedi: Bu fitnə alovu Allahın tövfiqi və “xalqın, səlahiyyətli şəxslərin və peşəkar məmurların” vasitəsilə söndürüldü. Lakin bilməliyik ki, fitnənin mahiyyəti nə idi və nə üçün yaradıldı; onun tərkib hissələri kimlər idi və düşmən qarşısında bizim vəzifəmiz nədir?

O, son fitnənin mahiyyətini Amerika mənşəli saydı və amerikalıların müxtəlif fitnələrdəki əsas məqsədini izah edərkən dedi: Təkcə hazırkı prezidentin deyil, Amerika dövlətinin davamlı hədəfi və siyasəti İranı udmaq, bizim ölkəmizdə öz hərbi, siyasi və iqtisadi hakimiyyətini bərpa etməkdir. Çünki bu genişlikdə, bu qədər əhalisi olan və belə bir həssas coğrafiyanın mərkəzində imkanlara və elmi-texnoloji inkişaflara malik bir ölkə onlar üçün qəbuledilməzdir.

İnqilab Rəhbəri əlavə etdi: Son fitnənin xüsusiyyəti bu idi ki, Amerika prezidenti şəxsən ona müdaxilə etdi, danışdı, təhdid etdi, fitnəkarları həvəsləndirərək mesaj göndərdi ki, irəli gedin, qorxmayın və biz sizi hərbi cəhətdən dəstəkləyəcəyik.

Həzrət Ayətullah Xamenei buyurdu: Amerika prezidenti fitnəkarları açıq-aşkar təşviq etdi, pərdə arxasında da Amerika və sionist rejim onlara bəzi yardımlar etdilər; buna əsasən biz istər itkilər və dəyən ziyanlara görə, istərsə də İran xalqına atdığı böhtana görə ABŞ prezidentini cinayətkar sayırıq.

O, bir neçə cavanı məsciddə mühasirəyə salıb diri-diri yandırmaq və ya üç yaşlı qız uşağının, müdafiəsiz və günahsız kişi və qadınların qətlə yetirilməsini qətiyyətlə qeyri-insani və tamamilə vəhşicəsinə addımlar adlandıraraq xatırlatdı: Bu addımlar fitnənin öncədən hazırlanmış planının bir hissəsi idi. Onlar soyuq, həmçinin odlu silahlarla təchiz olunmuşdular ki, bunlar da ölkə xaricindən gətirilərək belə cinayətlər törətmək üçün fitnəkar ünsürlər arasında paylanmışdı.

İslam İnqilabının rəhbəri Ayətullah Xamenei, İran xalqının fitnənin belini sındırdığını vurğulayaraq dedi: İran xalqının 12 yanvar tarixində milyonlarla insanın iştirakı ilə baş verən yürüşü “tarixi bir gün” kimi xalqın şərəf kitabına daxil edildi və çox danışan iddiaçıların ağzına yumruq vuraraq fitnəni yatırdı.

Həzrət Ayətullah Xamenei son fitnədə İran xalqının ABŞ-yə qarşı qələbəsini, 12 günlük müharibədə ABŞ və sionist rejiminə qarşı qələbə ilə eyni səviyyədə qiymətləndirdi və əlavə etdi: Onlar bu fitnəni daha böyük işlər üçün hazırlayaraq başlatdılar, lakin xalq fitnəni söndürdü — lakin bu kifayət deyil, ABŞ öz əməllərinə görə cavab verməlidir.

O, xarici işlər nazirliyi kimi məsuliyyətli qurumları son zamanlardakı ABŞ cinayətlərinin izlənilməsi ilə məşğul olmağa məsuliyyətli saydı və əlavə etdi: Biz ölkəni müharibəyə sürükləmirik, lakin daxili cinayətkarları, onlardan da pis olan beynəlxalq cinayətkarları məsuliyyətdən azad etmirik — bu iş öz üsullarımızla, düzgün yollarla davam etdirilməlidir.

İslam İnqilabının rəhbəri vurğuladı: Allahın köməyi ilə, İran xalqı fitnənin belini sındırdıqdan sonra fitnəkarın da belini sındırmalıdır.

Sizin rəyiniz

You are replying to: .
captcha