17 yanvar 2026 - 19:28
Source: IRNA
Pakistan XİN-i mətbuat konfransında: İranda baş verənləri yaxından izləyirik \ İran xalqı və rəhbərləri çətinliklərə qalib gələcək

Pakistan XİN-i mətbuat konfransında: İranda baş verənləri yaxından izləyirik \ İran xalqı və rəhbərləri bütün çətinliklərə qalib gələcək

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin İran İslam Respublikası ilə ikitərəfli əlaqələrin əhəmiyyətinə işarə edərək bildirib: Biz hal hazırkı vəziyyəti yaxından izləyirik və inanırıq ki, son zamanlar baş verən hadisələr və iqtisadi çətinliklər xarici sanksiyalardan qaynaqlanır. İranın qüdrətli xalqı və müdrik rəhbərliyi bu çətinliklərə qalib gələcəklər.

Tahir Hüseyn Əndrabi bu gün İslamabadda keçirilən həftəlik mətbuat konfransında, son günlərdə İranda baş verənlər və ABŞ prezidentinin məsuliyyətsiz danışıqları haqda sualı cavablandıraraq deyib: İslamabad qonşu ölkədə baş verənləri yaxından izləyir.

O, əlavə edib: İran İslam Respublikası mühüm qonşumuz və dünyada böyük təsir gücünə malik olan bir ölkədir ki, keçmişdə də belə hadisələr qarşısında qüdrətlə dayanmağı bacarıb.

Pakistanın xarici işlər nazirliyinin sözçüsü vurğulayıb: Pakistan hava məkanından qonşu ölkələrə qarşı istifadə etməyə icazə verməyəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha