14 yanvar 2026 - 14:43
Tehranda ABŞ-sionist terror ünsürlərinin qətlə yetirdikləri “100 Asayiş Şəhidləri”nin cənazəsi dəfn edilir

İranda baş verən iğtişaşlar zamanı, ABŞ-sionist rejimin terrorçu ünsürləri tərəfindən, amansızcasına qətlə yetirilən, 100 Asayiş Şəhidlərinin dəfn mərasimi, bu gün, Tehran Universiteti önündən başlayaraq, Meracuş-Şühədaya kimi milyinlarla insanın iştirakı ilə keçirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Böyük Tehranın Muhəmməd Rəsulullah (səlləllahu əleyhi və alih) adına Sepah Briqadasının generalı Həsənzadə bildirib: Son günlər ABŞ-sionist rejim terrorçu ünsürlərinin İrana sızması və törətdikləri iğtişaşlar zamanı Tehranda və ölkənin müxtəlif şəhərvə qəsəbələrində Niruyi İntizami-polis qüvvələri, Sepah, Bəsici-könüllülər və sıravi mülki vətəndaşları amansızcasına qətlə yetiriblər. Bu gün qətlə yetirilən Şəhidlərin bir hissəsinin pak cəsədləri, saat 14:00-da, Tehran Universitetinin önündən başlayaraq Meracuş-Şühədaya kimi xalqın milyonluq iştirakı ilə yola salınıb, daha sonra isə torpağa tapşırılacaqlar.

Sepahın Muhəmməd Rəsulullah (səlləllahu əleyhi və alih) adına Briqada Generalı daha sonra xatırladaraq bildirib: “Sabah, Cümə Axşamı günü isə, şəhidlərin pak cəsədləri öz şəhər və rayonlarına göndərilərək, xalqın coşqulu iştirakı ilə Şəhidlər Xiyabanına yola salınaraq, öz yerlərində torpağa tapışırılacaqlar.”

Sizin rəyiniz

You are replying to: .
captcha