14 yanvar 2026 - 12:17
Source: IRNA
Müdafiə Naziri: Düşmən təcavüz edərsə, daha güclü şəkildə cavab verəcəyik

Müdafiə Naziri: Düşmən təcavüz edərsə, daha güclü şəkildə cavab verəcəyik

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələr Naziri, ölkənin müdafiə vəziyyətini 12 günlük müharibəyə nisbətdə daha yaxşı qiymətləndirərək deyib: Əgər düşmən ölkəmizə təcavüz edərsə, daha güclü şəkildə cavab verəcəyik.

General Əziz Nəsirzadə, çərşənbə günü (13 yanvar) Milli Müdafiə və müdafiə fraksiyasının Parlamentdə keçirilən iclasından sonra jurnalistlərə müsahibəsində, Ağ evin son zamanlar İran İslam Respublikasına qarşı yönəlmiş təhdidləri barədə deyib: Müdafiə və təhlükəsizlik sistemimizin əsas gücü, xalqımızdır ki, dünənki kütləvi yürüşlə düşmənə cavab verərək, hər hansı bir təhdidə imkan verməyəcəklərini qəti şəkildə bildiriblər. Amma müdafiə sahəsində dayanmadan çalışırıq və heç kimin ölkəmizi təhdid etməsinə imkan verməyəcəyik.

O, əlavə etdi: Həmçinin, əgər İran əleyhinə hər hansı bir hərəkət edilərsə, ABŞ-nin məntəqədəki bütün bazaları və təşkilatçı ölkələri bizim əsas hədəflərimiz olacaq.

Sizin rəyiniz

You are replying to: .
captcha