11 yanvar 2026 - 17:18
Sionistlərin Məscidul Əqsaya görünməmiş hücumu

Sionistlərin Məscidul Əqsanın müxtəlif səhn və həyətlərinə hücum çəkmələri artıq parakəndə halından hədəfli və sistematik bir hala çevrilib. Belə ki, sionist rejim polisinin dəstəyi ilə sionist ünsürləri Əqsa Məscidinə soxularaq fələstinlilərin və bütün dünya müsəlmanlarının dəyərlərini və müqəddəs abidələrini təhqir edirlər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionistlərin Məscidul Əqsanın müxtəlif səhn və həyətlərinə hücum çəkmələri artıq parakəndə halından hədəfli və sistematik bir hala çevrilib. Belə ki, sionist rejim polisinin dəstəyi ilə sionist ünsürləri Əqsa Məscidinə soxularaq fələstinlilərin və bütün dünya müsəlmanlarının dəyərlərini və müqəddəs abidələrini təhqir edirlər.

Siyasi təhlilçilərin bildirdiyinə görə, sionist rejim ordusu Əl-Xəlil bölgəsində yerləşən “İbrahim Məscidi”nin daxili həyətini ələ keçirtmək üçün atdığı bu addımları bu rejimin xaricdən gətizdirdikləri yəhudilər üçün yeni şəhərlərin salınması planının və bu müqəddəs məkanların sistematik şəkildə ələ keçirilməsinin bir hissəsidir.

Xatırladaq ki, Həzrəti İbrahim (əleyhi səlam) Hərəminə hücumların təşkil edilməsi İsrail faşist rejiminin sistematik planının bir hissəsidir. Bu cinayətkar layihə 1996-cı ildən öncə həyata keçirilməyə başladı. Xüsusi ilə də 1994-cü ildə fələstinlilərin kütləvi şəkildə sionist rejimi ordusu tərəfindən qətliam edilməsindən sonra İbrahim Məscidi tədricən işğal edilməyə və bu Məscidin bir hissəsinin sionist rejim ordusu tərəfindən kontrol edilmiyə başladı.

Sizin rəyiniz

You are replying to: .
captcha