Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqın Kərbəla əyalətində, infrastrukturun təmiri və yenidən qurulması zamanı, Bab əl-Tüveyc ərazisində, Şiələrin sabiq Əhli-Beyt (əleyhimus səlam) düşməni, Səddam rejiminə qarşı başladılan Şabaniyyə İntifadasının bir sıra şəhidlərinin cəsədlərinin olduğu kütləvi məzarlıq aşkarlanıb.
Əl-Sumariyanın məlumatına görə, şahidlər bu cəsədlərin ərazidəki su təchizatı şəbəkəsinin təmiri və saxlanılması üçün aparılan qazıntı işləri zamanı təsadüfən aşkar edildiyini bildiriblər.
Qeyd olunan kütləvi məzarlıq aşkar edilən kimi təhlükəsizlik qüvvələri ərazini tamamilə mühasirəyə alınıb və ixtisaslaşmış qruplar bu kütləvi məzarlığın yerində ilkin araşdırmalara və sənədlərin toplanmasına başlayıblar.
Ekspertlərin ilkin qiymətləndirmələri göstərir ki, bu kütləvi məzarlıq 1991-ci ildə, İraqın cənub şəhərlərində, qəddar və qaiçən Əhli-Beyt (əleyhimus səlam) düşməni, Səddamın geniş repressiyaları ilə üzləşən Şiələrin, Səddam rejiminə qarşı Müctəhidlərin, o cümlədən, Ayətullah Xoi tərəfindən verilən icazəsi ilə başlatdıqlaı Şabaniyyə İntifadası zamanı verilən qurbanlar ilə əlaqəlidir.
Bu kontekstdə Kərbəla Vilayət Məclisindəki Şəhidlər Komitəsinin rəhbəri Məcid əl-Maliki ərazinin 1991-ci ildə bağ və yol meydanı olduğunu qeyd edib və bu kəşfin keçmiş Səddam rejiminin cinayətləri, o cümlədən kütləvi qətllər və gizli dəfnlər haqqında yeni bir sənəd olduğunu vurğulayıb.
İxtisaslaşmış qurumlar şəhidlərin cəsədlərini bu kütləvi məzarlıqdan elmi şəkildə və cinayətin sübutlarını qoruyacaq şəkildə çıxarmaq üçün əməliyyata başlamağa hazırlaşırlar.
Yerli mənbələrə görə, məhkəmə orqanlarına və məhkəmə ekspertizası şöbəsinə DNT-nin araşdırılması, qurbanların şəxsiyyətinin müəyyən edilməsi və cəsədlərin ailələrinə təhvil verilməsi üçün lazımi tədbirlərin görülməsi barədə məlumat verilib.
Sizin rəyiniz