Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Misirli hərbi və strateji ekspert sionist rejimin "Somaliland"ı tanımasının səbəblərini izah etdi və bunu Misirin milli və iqtisadi təhlükəsizliyi üçün ciddi təhdid hesab etdi.
Misirin ordusunun keçmiş rəsmisi, general Samir Fərəc bildirib: “İsrail Eylat limanındakı hava hücumundan müdafiə sisteminin qeyri-kafiliyini anladıqdan sonra “Somaliland”ı tanıdı.”
O xatırladıb: “İsrail iki tarixi məqamda Bab əl-Məndəbdə Misir, daha sonra isə Yəmən Ənsarullah hərəkatı tərəfindən dənizdə çabalayıb; əvvəlcə 1973-cü ilin oktyabr müharibəsində Misir İsrail gəmilərinin keçidinin qarşısını aldıqda və yenə də 2025-ci ildə Ənsarullah Qəzzaya dəstək olaraq Bab əl-Məndəbi İsrail gəmiləri və onların malları üçün bağladıqda.”
Fərəc əlavə edib: “Bu təhdidlər İsraili Eylat marşrutunun blokadasının qarşısını almaq üçün həll yolu axtarmağa və bu baxımdan "Somaliland" kartından istifadə etməyə vadar etdi.”
O, bir daha vurğulayıb: “Tel-Əvivin Cibuti yaxınlığında və Bab əl-Məndəbə girişdə möhkəmlənmək üçün yaxın gələcəkdə "Somaliland"a iqtisadi və hərbi yardım göstərəcək.”
Hərbi ekspert qeyd edib: “Benyamin Netanyahu Qəzzada sülh sazişinin ikinci mərhələsini pozmaq və bu fürsətdən istifadə edərək fələstinliləri Somali ərazisinə köçürməyi planlaşdırmaq üçün əlindən gələni etməyə çalışır.”
Onun sözlərinə görə, İsrailin "Somaliland"da olması Misirin milli və iqtisadi təhlükəsizliyinə, xüsusən də Süveyş kanalına birbaşa təhdid olacaq.
Fərəc vurğulayıb ki, Misir İsrailin bölgədəki mövcudluğunun qarşısını almaq və Misir prezidentinin qırmızı xətt hesab etdiyi, fələstinliləri Qəzzadan qovmaq planının iflasa uğratmaq üçün yaxın günlərdə lazımi tədbirləri görəcək.
O izah edib ki, indiyə qədər Efiopiya istisna olmaqla, heç bir ölkə "Somaliland"ı şərti olaraq və dəniz yoluna çıxış üçün tanımayıb və İsrail onu rəsmi olaraq tanıyıb. Efiopiya həmçinin "Somaliland"da yerləşən Berbera limanında baza yaratmağa çalışır.
Misir ordusunun sabiq rəisi həmçinin Qahirənin 2026-cı ilin yanvar ayında hərbi qüvvələrini Somalilandda deyil, Somaliyə yerləşdirəcəyini açıqlayıb. Bu qüvvələr Somalinin təhlükəsizliyini və sabitliyini qorumaq üçün Afrika Birliyi Təşkilatının bayrağı altında yerləşdiriləcək və heç bir döyüş məqsədi daşımayacaq.
O vurğulayıb ki, Afrika Birliyi Təşkilatı İsrailin tanınması ilə üzləşmək qərarı qəbul etməlidir və Misir təşkilatın üzvü olaraq Somalinin suverenliyinin "qəsb edilməsinə" icazə verməyəcək.
Fərəc qeyd edib ki, İsrailin Somaliland ərazisini tanıması Misir, Türkiyə, Cibuti, Somali, Fars Körfəzi Əməkdaşlıq Şurası və Ərəb Liqasının sərt müqaviməti ilə qarşılaşıb.
Cümə günü qanunsuz İsrail rejimin baş naziri Benyamin Netanyahunun ofisi X platformasındakı rəsmi hesabında video ilə yayımlanan açıqlamada Netanyahunun, xarici işlər naziri Gideon Saarın və qondarma Somaliland prezidentinin qarşılıqlı tanıma üçün birgə bəyanat imzaladığını açıqlayıb. Ofis əlavə edib ki, bu addım ABŞ prezidentinin təşəbbüsü ilə imzalanan İbrahim Sazişlərinin ruhuna uyğundur.
Netanyahu həmçinin bildirib ki, İsrail dərhal Somalilandla kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlığa başlayacaq və Somaliland prezidenti Əbdürrəhman Məhəmməd Abdullahini İsrailə səfərə dəvət edib.
Moqadişudakı Somali hökuməti bu addımı "suverenliyin pozulması" adlandırıb və qəti şəkildə rədd edib. Cibuti, Keniya, Tanzaniya, Uqanda və Qətər də daxil olmaqla bir sıra Afrika və Ərəb ölkələri də Somali ilə həmrəyliklərini bildiriblər.
Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurası bazar ertəsi günü İsrailin "Somaliland Respublikası"nı müstəqil dövlət kimi tanımaq qərarını müzakirə etmək üçün təcili iclas keçirəcək.
Sizin rəyiniz