11 dekabr 2025 - 15:18
Source: IRNA
Pezeşkian: ABŞ-nin Venesuela ilə bağlı davranışı dünya sülhü və təhlükəsizliyi üçün təhlükəli addımdır

Pezeşkian: ABŞ-nin Venesuela ilə bağlı davranışı dünya sülhü və təhlükəsizliyi üçün təhlükəli addımdır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Prezidenti ABŞ-nin Karib bölgəsində həyata keçirdiyi qanunsuz addımları sərt şəkildə tənqid edərək bildirib: ABŞ hökumətinin əsassız bəhanələrlə hərbi donanmanı Karib dənizi və Venesuela sahillərinə göndərməsi tamamilə qanunsuzdur, beynəlxalq qaydaların pozulmasıdır və dünya sülhü və təhlükəsizliyini təhdid edən təhlükəli bir presedent yaradır. İran İslam Respublikası bu addımı qəti şəkildə pisləyir.

Məsud Pezeşkian və Venesuela Prezidenti Nikolas Maduro çərşənbə axşamı, 2025-ci ilin dekabr ayının 10-da telefon danışığı aparıb. Tərəflər ikitərəfli əməkdaşlıqları nəzərdən keçirib və Karib bölgəsindəki son gərginliklərlə bağlı fikir mübadiləsi aparıblar.

Pezeşkian telefon danışığında İran və Venesuela arasında “strateji birlik və davamlı dostluq” prinsipini vurğulayaraq deyib: İran İslam Respublikası Venesuelanı özünün sadiq dostu və əsl müttəfiqi hesab edir və xüsusilə hazırkı həssas şəraitdə bu ölkəni tam dəstəkləyir.

Prezident əlavə edib ki, İran Venesuelanın müstəqilliyini, təhlükəsizliyini və sabitliyini dəstəkləyərək deyib: Karib bölgəsində baş verən hadisələri, eləcə də ABŞ-nin təxribatçı fəaliyyətlərini diqqətlə izləyirik və Venesuela dövləti və xalqı ilə tam həmrəy olduğumuzu bəyan edirik.

Pezeşkian yenidən ABŞ-nin hərbi addımlarını qınayaraq bildirib: ABŞ-nin Karib dənizinə hərbi donanma göndərməsi beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və qlobal sülhü təhlükəyə atan çox təhlükəli bir davranış nümunəsidir. İran bu addımı qəti şəkildə pisləyir.

Prezident həmçinin İranın Venesuela ilə əməkdaşlıqları genişləndirməyə hazır olduğunu vurğulayıb: Venesuelanın beynəlxalq arenada İranı dəstəkləməsini yüksək qiymətləndiririk. Biz dost və qardaş Venesuela xalqına dəstək verməyi özümüz üçün vəzifə bilirik və əməkdaşlığı bütün sahələr üzrə genişləndirməyə tam hazırıq.

Venesuela Prezidenti Maduro isə danışıq zamanı İranın davamlı dəstəyinə görə təşəkkür edərək deyib: Xalqlarımız həmişə bir-birinə bağlı olub. Uzun illər boyu qurulan möhkəm dostluq münasibətləri sülh, əməkdaşlıq və inkişaf üçün nümunə təşkil edir.

Sizin rəyiniz

You are replying to: .
captcha