Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi bəzi ərəb rejimlərinin Sionist rejimini dəstəkləməsini tənqid etdi və düşmənin əksər rejimləri itaətkar və öz diktələrinə təslim etdiyini, Suriyada dominantlıq qazanan qrupların isə ikiüzlülük, təslimçilik və Amerikaya sədaqət və Sionizmə təslim olmağın təzahürü olduğunu vurğuladı.
Fələstindəki Sionistlər hamilə qadınlar, yaşlılar və gənc qızlar da daxil olmaqla minlərlə müsəlman qadını şəhid etdilər və hətta onlara qarşı cinsi təcavüzlər edərək onların insan ləyaqətini tapdaladılar.
Sionist düşmənin ümmətimizə qarşı saymamazlığı o həddə çatıb ki, indi bütün acgözlüyü ilə qanımızı, şərəfimizi, torpağımızı, müqəddəslərimizi, dinimizi və dünyamızı caiz hesab etmək tənliyini tətbiq etməyə çalışır.
Nadir hallar istisna olmaqla, İslam dünyasının əksər rejimləri, elitləri və millətləri arasında anlayış və şüur çatışmazlığı və insan vicdanının ölməsi bu şər, pozğun və yanlış yönləndirən müharibənin nəticəsidir.
Sizin rəyiniz