Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Görüş zamanı cənab Qalibaf Hakan Fidana bildirib: Sionist rejim və ABŞ İslam ölkələrinin güclənməsi, birliyi, inkişafı və inteqrasiyasına uzun illərdir mane olur və region ölkələrini müxtəlif böhranlarda saxlamağa çalışırlar.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələri, iqtisadi əməkdaşlıq, regional proseslər, təhlükəsizlik məsələləri və İslam dünyası üçün ortaq çərçivələr müzakirə edilib.
Qalibaf bölgədəki xüsusi və dinamik vəziyyətə toxunaraq qeyd edib: Son illərdə İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir və bu gün də iki dost, müsəlman və İslam dünyasında təsirli ölkə olaraq münasibətləri daha güclü şəkildə inkişaf etdirmələri zəruridir.
Məclis sədri ABŞ-nin İrana qarşı təzyiqlərinə də diqqət çəkərək vurğulayıb: ABŞ-nin ədalətsiz təzyiqlərinə və birtərəfli sanksiyalarına baxmayaraq, İran–Türkiyə münasibətləri məqbul səviyyədə qorunub. Lakin onun sözlərinə görə, bu əlaqələr genişləndirilməli və iki ölkə arasındakı ticarət dövriyyəsi 30 milyard dollara çatdırılmalıdır.
Hakan Fidan isə regional məsələlər barədə deyib: Regionun başlıca təhlükəsizlik təhdidi İsrailin ekspansionist fəaliyyətləridir. O qeyd edib ki, İsrailin Qəzza, Fələstin, Livan, İran və hətta Qətərə qarşı həyata keçirdiyi hücumlar bu reallığı açıq şəkildə nümayiş etdirdi.
Sizin rəyiniz