1 dekabr 2025 - 13:13
Source: IRNA
İran musiqi alətlərinin ələlxüsus beş min illik tarixə malik “Ud”-un dünya səviyyəsində xüsusi qeydiyyatına ehtiyac var

Nazimpur: “Bu alət beş min illik tarixə malikdir və bu mövzuda “Bərbətin hekayəsi və ya udun beş min illik tarixinə baxış” adlı üçcildlik əsər yamışıq. Hazırda kitabın yalnız ilk cildi nəşr olunub.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ud aləti üzrə tədqiqatçı və müəllim Məcid Nazimpur beş min illik tarixə malik bu musiqi alətinin beynəlxalq qeydiyyatının əhəmiyyətinə toxunaraq bildirib ki, musiqi alətlərinin dünya miqyasında qeydiyyatı mənəvi sərvət kimi qəbul olunur və heç bir qurum bu irsin qeydiyyatına sanksiya tətbiq edə bilməz.

Onun sözlərinə görə, “İran bərbəti”nin həm milli, həm də beynəlxalq səviyyədə ayrıca qeydiyyata alınması vacibdir.

Nazimpur qeyd edib ki, bu alət beş min illik tarixə malikdir və o, bu mövzuda “Bərbətin hekayəsi və ya udun beş min illik tarixinə baxış” adlı üçcildlik əsər yazıb. Hazırda kitabın yalnız ilk cildi nəşr olunub.

Tədqiqatçının sözlərinə görə, ud insan sivilizasiyasında o qədər mühüm yer tutur ki, müxtəlif mədəniyyətlər onun ixtirasını özünə aid etməyə çalışır.

O, kitabında 11 il ərzində İran və digər ölkələrdə apardığı araşdırmalara əsaslanan etibarlı tarixi sənədlər vasitəsilə bu nəzəriyyələri tənqid etdiyini bildirib.

Nazimpur əlavə edib ki, İranın cənub bölgəsində ud aləti yerli musiqidə geniş istifadə olunur və bu səbəbdən Qeşm adasında iki dəfə ud festivalı təşkil edilib.

Onun sözlərinə görə, hazırda ud ölkənin bütün şəhərlərində ifa olunur və İran musiqisinin məhz ud vasitəsilə tanıdılması mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, ud kimi musiqi alətləri mədəni irs nümunələridir və “tükənməyən neft quyuları”na bənzəyirlər — nə quruyurlar, nə də sanksiyaya məruz qalırlar. Əksinə, bu irsdən gəlir əldə etmək və ölkə iqtisadiyyatına töhfə vermək mümkündür. Lakin bütün bunların həyata keçirilməsi üçün dövlət dəstəyi zəruridir.

Sizin rəyiniz

You are replying to: .
captcha