Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirə-nin verdiyi məlumata görə, sionist media mənbələri rejimdəki təhlükəsizlik mənbəyinə istinadən İran silahlarının və hərbi gücünün Təl-Əvivin təhlükəsizlik xidmətləri üçün narahatlıq yaratdığını etiraf ediblər.
Məlumata görə, sionist mənbələri İranın hərbi qüvvələrinin gücləndirilməsinin sürətinin sionist rejimi üçün narahatlıq doğurduğunu vurğulayıblar.
Daha əvvəl də Yedioth Ahronoth qəzeti İranın raket imkanlarını sürətlə gücləndirdiyini bildirmişdir.
Qeyd etmək lazımdır ki, 12 günlük məcburi müharibə zamanı İran İslam Respublikasının uşaq qatili İsrail rejiminə qarşı cavab raket hücumları dalğasında sionist rejimin gizli casusluq mərkəzləri və bioloji laboratoriyaları da daxil olmaqla vacib və həssas mərkəz və ərazilər darmadağın edilmişdir.
Sizin rəyiniz