2 noyabr 2025 - 12:45
Türkiyənin dəstəklədiyi Qolani terror rejiminin sükutu sayəsində sionist hərbçilər Quneytrədə suriyalı mülki şəxslərə atəş açıb

Səhər saatlarında da Quneytərə vilayətindəki yerli mənbələr məlumat veriblər ki, sionist rejimə məxsus bir hərbi bölüm döyüş və zirehli texnikalarla birlikdə Quneytərə əyalətinin Əs-Səmdaniyə kəndinə daxil olub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Suriya mənbələri bildiriblər ki, sionist rejimin hərbçiləri ölkənin cənubunda, Quneytərə vilayətinin kənd ərazisində suriyalı mülki vətəndaşlara atəş açıblar.

Bəzi yerli mənbələrin məlumatına görə, işğalçı rejimin qüvvələri Suriyanın cənubundakı Quneytərə bölgəsinə hücum edərək Rəzaniyə–Sida yolunu bağlayıb, yoldan keçənləri yoxlamağa və dindirməyə başlayıblar.

Həmin mənbələr əlavə ediblər ki, sionist hərbçilər Sida kəndinin girişində toplaşan vətəndaşlara tərəf atəş açıblar.

Səhər saatlarında da Quneytərə vilayətindəki yerli mənbələr məlumat veriblər ki, sionist rejimə məxsus bir hərbi bölüm döyüş və zirehli texnikalarla birlikdə Quneytərə əyalətinin Əs-Səmdaniyə kəndinə daxil olub.

Sizin rəyiniz

You are replying to: .
captcha