Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agenntliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının Xarici İşlər Naziri Seyyid Abbas Əraqçi qeyd edib ki, Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyi ilə əvəz edən nüvə silahına malik bir dövlət yenidən atom sınaqlarına başlayır.
Nazirin sözlərinə görə, bu dövlət İranın dinc məqsədli nüvə proqramını təhlükə kimi qələmə verir və beynəlxalq nəzarət altında olan nüvə obyektlərinə qarşı daha çox hücumlarla hədələyir. O, bütün bu addımları beynəlxalq hüququn açıq şəkildə pozulması kimi dəyərləndirib.
Əraqçi vurğulayıb: ABŞ dünyada nüvə silahlarının yayılmasının ən təhlükəli amilidir.
O, nüvə sınaqlarının bərpasını “geri addım və məsuliyyətsiz qərar” adlandıraraq bildirib ki, bu addım beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdiddir.
Nazir beynəlxalq ictimaiyyəti bir mövqedən çıxış etməyə və ABŞ-ni belə dağıdıcı silahların yayılmasını normallaşdırdığına görə məsuliyyətə cəlb etməyə çağırıb.
Sizin rəyiniz