1 sentyabr 2025 - 13:16
Çində Vladimir Putinlə Paşinyan arasında görüş olub

TASS agentliyi xəbər verir ki, Rusiya Prezidenti Paşinyanla uzun müddət görüşmədiklərini bildirib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Çinin Tiencin şəhərində görüş olub.

TASS agentliyi xəbər verir ki, Rusiya Prezidenti Paşinyanla uzun müddət görüşmədiklərini bildirib.

Putin qeyd edib ki, bu müddət ərzində müzakirə üçün həm ikitərəfli, həm də regional xarakterli xeyli sual yaranıb.

“Ümid edirəm ki, bugünkü görüşümüz faydalı və məzmunlu olacaq”, – Rusiya Prezidenti vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha