Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Kolumbiya Universitetinin professoru və Qərbi Asiya məsələlərinin aparıcı analitiki Cozef Massad hərtərəfli təhlilində xəbərdarlıq edir ki, yəhudilərin İsraildən mühacirət etməsinin misli görünməmiş dalğası sionist rejimin mövcudluğuna təhlükə yarada bilər və onun demoqrafik və siyasi böhranında dönüş nöqtəsi yarada bilər.
O, yazır:
20 aydan artıqdır ki, sionist rejimin mühasirəsi və vəhşicəsinə qətliamları altında qalan, kökləri bu torpaqda olan Qəzzə xalqı öz dədə-baba torpaqlarında möhkəm müqavimətlə qalmaqda israrlarını davam etdirir. Özlərini bu torpağın əsl övladları hesab edən fələstinlilər nəinki Qəzzanı tərk etmədilər, hətta işğal qarşısında öz evlərini və yürdlarını tərk etməkdən də inadla imtina etdilər. Bunun müqabilində sionist rejim isə öz daxili vəziyyətinin pisləşməsi ilə üzləşib.
Son illərdə, xüsusən də fələstinlilərə qarşı son hərbi kampaniyanın başlamasından bəri, ikili vətəndaşlığı olan yəhudilər və hətta turistlər də daxil olmaqla, İsrail faşist rejimində yəhudilərinin misli görünməmiş mühacirət dalğası baş verib.
Yəhudilər “qaçış donanması” və “xilasetmə uçuşları” adı altında işğal etdikləri Fələstin ərazilərini tərk etməyə çalışırlar. Bununla belə, İsrail rejimi əhalinin azalması ilə bağlı artan qorxusunu əks etdirən bir addımda, xaricə çıxışı xüsusi komitənin təsdiqi ilə şərtləndirən bir qətnamə qəbul edib.
Qeyri-leqal İsrail rejim yəhudiləri, o cümlədən ABŞ-a mühacirət etməyi planlaşdıran fəallar arasında artan məyusluq sionist rejimin strukturunda dərin siyasi və sosial böhranın aşkar əlamətidir. Bu kütləvi mühacirət, hazırda bölgədə əksəriyyət təşkil edən Fələstin əhalisinin artması ilə birlikdə rejim üçün qeyri-müəyyən və çətin gələcək yaradıb. İsrail rejimin immiqrant yəhudiləri işğal etdikləri Fələstinə yenidən geri qaytarmaq səyləri, o cümlədən emosional təbliğat və maliyyə təşviqləri indiyədək uğursuz olub və siyasi, sosial və iqtisadi səbəblərə görə işğal olunmuş əraziləri tərk etməyi düşünənlərin sayı kəskin şəkildə artıb.
İsrail aclıq və mühasirədən fələstinlilərə qarşı soyqırım vasitəsi kimi istifadə edərək, yəhudi əksəriyyətini qoruyub saxlamağa çalışıb. Lakin bu çoxluğun kütləvi immiqrasiya səbəbindən azalması rejimi uzunmüddətli süqutuna səbəb ola biləcək ekzistensial böhrana sürüklədi.
Netanyahu hökumətinin vətəndaşların ölkəni tərk etməsinə qadağa qoyması, hakimiyyətin azalan yəhudi əhalisindən və rejimin potensial süqutundan qorxduğunun sübutudur. Bu addım tarixi və ironik yalvarışı xatırladır: “Netanyahu, xalqımı buraxın”.”
Qeyd edək ki, bu təhlil hərbi münaqişədən kənara çıxan dərin böhranın mənzərəsini təqdim edir və sionist rejimin kimliyini və demoqrafik problemini vurğulayır, burada fələstinlilər öz müqavimətləri ilə torpaqları möhkəm saxlayır, israillilər isə “vəd olunmuştorpaqlar”dan qaçırlar.
Sizin rəyiniz