Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirə TV kanalı yayımladığı verlişdə İran İslam Respublikasının Hərbi Qüdrəti barədə və onun öldürücü silahları haqqında araşdırma aparıb və İranın sionist faşist rejiminin hərbi təcavüzünə cavab olaraq hansı qüdrətli silahlarından istifadə edəcəyi bildiri.
İran İslam Respublikasının işğalçı cühüd İsrail rejiminə və hətta o rejimdən də uzaq ölkələrin sərhədlərinə çatacaq qabiliyyətə malik olan xeyli miqdarda uzaq mənzilli PUA-rı vardır. Bunlardan ən məşhuru “FOTROS” – (İmam Hüseynin vasitəsi ilə şəfaətə çatmış mələyin adıdır) adlı PUA-dır. FOTROS axtarış, təyin etmə, nəzarət və hücum əməliyyatına malikdir.
“ŞAHİD 136” PUA-sı böyük dağıdıcı partlayış qüdrətinə malik olan PUA-dandır. ŞAHİD 136 PUA-sı adətən düşmənin havadan müdafiə sistemlərini yükləyərək işdən salan PUA-larla birlikdə havaya qaldırılır.
PUA-ların qeyri-bərabər döyüşlərdə istifadəsəi ucuz olmasından əlavə digər xüsusiyyətlərə də malikdir. PUA-lar olduqca asan idarə olunan və z bir zamanda düşmən qüvvələrinin mövqeləri, hərəkatları, hədəfləri və infrastrukturları barədə məlumat toplamaq üçün işə yararlıdırlar. PUA-lar həmçinin müxtəlif tipli bomba və raketləri özləri ilə daşımaq qabiliyyətinə də malikdirlər.
Sizin rəyiniz