10 iyun 2025 - 14:37
Los Angelesin bambılı Tramp əleyhinə etirazları Texasa çatdı \ VİDEO

Tramp son 60 ildə ilk dəfə olaraq ştatın Milli Qvardiyasını federal komandanlığa verdi və Kaliforniya qubernatorunun icazəsi olmadan onları Los-Ancelesə yerləşdirdi. Bundan əlavə, ABŞ-ın 700 dəniz piyadası Los-Ancelesə yerləşdirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-ın bambılı prezidenti Donald Trampın kobud immiqrasiya siyasətlərinə qarşı Kaliforniyanın Los-Anceles şəhərində başlayan kütləvi etirazların davamında Texasın Dallas və Ostin şəhərləri də etirazlara qoşulub.

Fox 4 News-un məlumatına görə, Dallasda onlarla insan Trampın repressiv immiqrasiya siyasətinə etiraz etmək üçün əllərində pankartlar və bayraqlar dalğalandırıblar. Belə ki, Dallasdakı toplantılar polis zorakılığına çevrilib. Kütləvi etirazlar zamanı böyük magistral yol bağlanıb və küçədə avtomobillər yandırılıb. Çevik qüvvələr polisi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz, rezin güllələr və səs bombalarından istifadə edib.

Tramp son 60 ildə ilk dəfə olaraq ştatın Milli Qvardiyasını federal komandanlığa verdi və Kaliforniya qubernatorunun icazəsi olmadan onları Los-Ancelesə yerləşdirdi. Bundan əlavə, ABŞ-ın 700 dəniz piyadası Los-Ancelesə yerləşdirilib.

Kaliforniya qubernatoru Gavin Newsom Trampın Los-Ancelesə əlavə 2000 Milli Qvardiya əsgəri göndərəcəyini bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha