Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ Konqresinin üzvü Marlen Statsman Türkiyənin ərsəyə gətizdirdiyi və Suriyanı idarə edən terrorçuların lideri vəhhabi Əbu Məhəmməd Əl-Culaninin Suriyanın “birliyinin” qorunması şərti ilə sionist rejimlə sülhə və Colan təpələri ilə bağlı danışıqlara hazır olduğunu açıqlayıb.
O, bazar ertəsi bildirib ki, Əl-Culani ilə danışıb və bu danışıqlarda o, işğal olunmuş Colan təpələri məsələsi də daxil olmaqla, sionist rejimlə fikir ayrılıqlarının siyasi həllinə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Bəşşar Əsəd rejiminin süqutundan sonra sionist rejim Suriyanın müxtəlif bölgələrini yüzlərlə dəfə bombalayıb və ölkənin cənubunda geniş irəliləyişlər əldə edib.
Sionist rejimin bu təcavüzləri və iərazi şğalı terrorçu Əl-Culani rejimi tərəfindən heç bir ciddi reaksiya ilə qarşılanmayıb. Əksinə əl-Culani terrorçu rejimi Suriyadakı Ələviləri, Şiələri kütləvi qırmaqla məşğul olub.
Sizin rəyiniz