Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Britaniyanın baş naziri Keir Starmer müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.
O, təbrik etdiyi mesajda belə yazıb: “Qurban bayramı müsəlmanlar üçün dua edib və dərin düşüncələrə varmaq üçün vacib bir vaxtdır. Bu dəyərli bayramda Həcc ziyarətinin, fədakarlığın və birliyin əhəmiyyəti bütün dünya müsəlman cəmiyyətinin rəğbət və səxavətinin dərinliyinin təzahürüdür”.
Keir Starmer, həmçinin xatırladıb: “Bu gün biz dünyanın müxtəlif yerlərində münaqişə, təqib və ya iztirab vəziyyətlərində olduqlarına rəğmən bu bayramı qeyd edən müsəlmanları xatırlayırıq. Qoy bu böyük hadisə (həcc mərasimi) ictimaiyyətin bağlarını gücləndirsin və hər kəsə yeni ümid bəxş etsin”.
Sizin rəyiniz