ABNA24 Xəbər Verir, Əfqanıstanın birinci vitse-prezidenti Amrullah Saleh bu gün açıqlayıb: Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb və 52 nəfər xəsarət alıb.
Qeyd edək ki, ötən gün Kabilin meydanlarından birində güclü partlayış baş verib. İlkin ehtimala görə, hücumun məqsədi parlamentarilərdən birinin avtomobili olub. Siyasətçi sağ qalsa da, xəsarət alıb. Əfqanıstandakı ekstremist qrupların heç biri terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
342/