ABNA24 Xəbər Verir, İnsan Haqlarına Nəzarət Təşkilatı “Human Rights Watch”ın hesabatında bildirilib ki, onun tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana səfərləri zamanı bu ölkənin üç rayonunda kasetli silah-sursatın istifadə olunduğu dörd hücumu sənədləşdiriblər:
“Bu hücumlarda 2-si uşaq olmaqla, ən azı 7 mülki şəxs həlak olub, eyni zamanda, 2-si uşaq olmaqla, 20 mülki şəxs yaralanıb”.
Təşkilatın hesabatında Bərdə şəhərinə oktyabr ayında atılan və 21 mülki vətəndaşın ölümünə, 70 nəfərin yaralanmasına səbəb olan kasetli silahlı hücum sənədləşdirilib.
Sənəddə deyilir ki, noyabr ayının birinci yarısında Azərbaycana araşdırma səfəri zamanı İnsan Haqlarına Nəzarət Təşkilatı Ermənistan silahlı qüvvələri tərəfindən biri Bərdə rayonuna, ikisi Goranboy rayonuna və biri də Tərtər rayonunda olmaq üzrə dörd kasetli silahlı hücumu sənədləşdirib.
342/