ABNA24 Xəbər Verir, Knessetdəki Hökumət İzləmə Komissiyasının rəhbəri Ofer Şelah, psixoloji problemlər səbəbiylə yararsızlıq hesabatı olan hərbi yaşda gənclərin sayının artması üzərində təkid edib.
Şelah deyib: “İsrail ordusunda yararsızlıq hesabat alanların sayının artması qorxuncdur. Ordu gözümüzün qabağında yoxa çıxır. Hərbi xidmət yaşına çatmış gənclərin üçdə biri yararsızlıq hesabatı alır. Hökumət haradadır? Heç nə etmir.”
Bundan əvvəl Haaretz qəzeti, 2020-ci ildə yararsızlıq hesabatı alan gənclərin nisbətində bir rekord qırıldığını yazmışdı.
342/