ABNA24 Xəbər Verir, Səid Xətibzadə cümə axşamı günü, BMT-nin Baş Assambleyasında İran əleyhinə qətnamənin qəbul edilməsinə reaksiyada qətnaməni hazırlayanların beynəlxalq orqanlardan İrana qarşı təzyiq vasitəsi kimi istifadə etmələrini məzəmmət edib.
Xətibzadə deyib: Bu qətnamə BMT-yə üzv ölkələrin yarısından azının səsi və yüz ondan çox ölkənin əməkdaşlıq etməməsi ilə qəbul olunub.
İranın diplomatiya aparatının mətbuat katibi ABŞ-ın quldurcasına təsiri altında öz gözlərini bu ölkənin İran xalqına qarşı iqtisadi terrorizminə göz yumub, Birləşmiş Ştatların bəşəriyyətə zidd və qanunsuz sanksiyalarını pisləmək yerinə, əməldə özlərini Amerika rejiminin əlbirləri həddində aşağılayan qətnamə müəlliflərnin riyakarlıqlarının şiddətinə qarşı nifrət ifadə edib.
Xətibzadə Kanadaya və qətnamənin digər əsas himayədarlarına müstəqil xalqlar qarşısındakı qeyri-etik və müdaxilə xarakterli rəftarlarını dayandırmağı tövsiyə edib.
342/