ABNA24 Xəbər Verir, Kərkük vilayətinin qərbində "Xəbaz" neft yatağında iki partlayış baş verib.
Bir təhlükəsizlik mənbəyi əməliyyatın İŞİD terror qruplaşmasının ünsürləri tərəfindən həyata keçirildiyini bildirib. Partlayış nəticəsində "Xəbaz" neft yatağında yanğın baş verib və hazırda hadisə yerinə yanğından mühafizə briqadaları və xilasedicilər cəlb edilib.
İŞİD terror qruplaşmasının 2017-ci ilin noyabr ayında məğlubiyyətinə baxmayaraq, İraqın bəzi bölgələrində bu terror qruplaşmasının sönük özəkləri bəzən terror hücumları həyata keçirirlər.
342/