ABNA24 Xəbər Verir, Uçjen şəhərində keçirilən Ümumdünya İnternet İdarəetmə Konfransında çıxış edən Çin Xalq Respublikasının sənaye və informasiyalaşdırma nazirinin müavini Lyu Lexun deyib: Çin tərəfindən quraşdırılan 5G baza stansiyalarının sayı onların dünya üzrə ümumi sayının təxminən 70%-ni təşkil edir. Hazırda beşinci nəsil rabitə standartına 180 milyondan çox terminal qoşulub.
Nazir müavini COVID-19 pandemiyası şəraitində Çində internet trafikinin istehlakında 2019-cu ilin sonuna nisbətən ortalama 50% artım qeydə alındığını bildirib. Ölkənin bəzi bölgələrində bu rəqəm 60-70% təşkil edib.
342/