23 avqust 2016 - 14:29
İraq ordusu Mosulun cənubundakı Əl-Qəyyara qəsəbəsini yaxın saatlarda azad edəcək – Foto

Polkovnik Əmin Şeyhanini verdiyi açıqlamada Qəyyara qəsəbəsi İraq qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb ​​və artıq qəsəbənin mərkəzi “İŞİD” terrorçularından geri alınaraq azad edilib.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Silahlı Birləşmələri (İraq Ordusu və Həşdu Şəb könüllü dəstələri) qondarma “İŞİD” adlı terrpr qrupunun işğalı altında olan Mosulun 65 km cənubundakı Əl-Qəyyara qəsəbəsini azad etək üzrədir.

İraq Hava Qüvvələrinə aid qırıcı təyyarələr terrorçulara aid silah anbarlarını darmadağın ediblər.

Polkovnik Əmin Şeyhanini verdiyi açıqlamada Qəyyara qəsəbəsi İraq qüvvələri tərəfindən tamamilə mühasirəyə alınıb ​​və artıq qəsəbənin mərkəzi “İŞİD” terrorçularından geri alınaraq azad edilib.

Polkovnik qəsəbədəki yaraqlıların başqa bir əraziyə qaçmalarının qeyri-mümkün olduğunu vurğulayıb.

Bu gün sübh namazından sonra başlanan əməliyyat nəticəsində Qəyyarə qəsəbəsinin 85 %-i azad edilib qalan hissənin isə yaxın saatlarda azad edilməsi gözlənilir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır