Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, daha əvvəl bir sıra xarici KİV Ərdoğanın Vladimir Putinə göndərdiyi məktubda məhz hansı sözlərdən istifadə etməsi haqqında versiyalar irəli sürürdülər.
Rusiyaya məxsus Su-24 qırıcısının vurulması hadisəsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üzr məktubu qismən rus dilində yazılıbmış. Diplomatik mənbələrin məlumatına əsasən, türk lider rus sözü olan “извините” (izvinite: bağışlayın) sözündən istifadə edib.
Daha əvvəl bir sıra xarici KİV Ərdoğanın Vladimir Putinə göndərdiyi məktubda məhz hansı sözlərdən istifadə etməsi haqqında versiyalar irəli sürürdülər.
"Hürriyet" bildirib ki, məktubun mətni və forması Türkiyə və Rusiya nümayəndələri ilə bir neçə dəfə uzlaşdırılıb (uyğunlaşdırılıb). Sonda Ərdoğanın mətbuat xidməti öz seçimini rus sözü “извините” (izvinite: bağışlayın) sözünün üzərində saxlayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır